Bahar | Mənalı yaz şeiri


Sevin ey çöl, ey orman,
Artıq dəyişdi zaman;
Yox oldu qış, boran, qar,
Qonaq gəldi şən bahar.

              ***

Açdı yaşıl bir süfrə,
Şənlik çökdü çöllərə.
Göyərmiş göy səməni,
Səsi basmış ölkəni.

Bahar şeiri

Müəllif: Abdulla şaiq





Bahar | Mənalı yaz şeiri bahar seiri

 

 

0 şərh